Ödəniş və geri qaytarma
Son yeniləmə: 10 oktyabr 2026
1. Nə satırıq
Bilbil Premium — Bilbil tətbiqində bütün mövzuların və imtahan sınaqlarının açılmasıdır. Bu, fiziki məhsul deyil, rəqəmsal xidmətdir: heç nə çatdırılmır, Premium ödəniş təsdiqləndikdən dərhal sonra Bilbil hesabınızda aktivləşir. Planlar və qiymətlər — Qiymətlər səhifəsində.
2. Necə ödənilir
- bilbil.az saytında — bank kartı ilə (Visa, Mastercard), lisenziyalı ödəniş təşkilatının təhlükəsiz səhifəsində. Kart məlumatları Bilbil-ə ötürülmür.
- Tətbiqdə — App Store (iPhone) və ya Google Play (Android) hesabınızla. Bu ödənişləri Apple və Google qəbul edir.
Ödənişdən sonra e-poçtunuza qəbz göndərilir.
3. Aylıq abunəliyin dayandırılması
Aylıq plan hər ay avtomatik yenilənir. Saytda alınıbsa — Bilbil hesabında «Abunəlik» bölməsindən, tətbiqdə alınıbsa — App Store və ya Google Play-in abunəlik tənzimləmələrindən istədiyiniz vaxt dayandıra bilərsiniz. Növbəti ödəniş tutulmur, ödənilmiş ayın sonuna qədər Premium işləyir.
4. Pulun geri qaytarılması (saytda alınan Premium)
- Ödənişdən sonrakı 14 gün ərzində müraciət etsəniz və bu müddətdə Premium-la açılan heç bir sınaq həll etməmisinizsə, məbləğ tam qaytarılır.
- Texniki xəta (məsələn, iki dəfə ödəniş tutulub və ya Premium aktivləşməyib) olarsa, artıq tutulan məbləğ hər halda qaytarılır.
- Pul ödəniş edilən karta qaytarılır. Kartınıza nə vaxt düşəcəyi bankınızdan asılıdır — adətən bir neçə iş günü.
- Müraciət üçün qeydiyyatdan keçdiyiniz e-poçtdan contact@bilbil.az ünvanına ödəniş tarixini və məbləği yazın.
5. Tətbiqdə alınan Premium
App Store və ya Google Play-də ödənişi Apple və Google qəbul etdiyi üçün geri qaytarma da onların qaydaları ilə həyata keçirilir. Müraciəti Apple-ın «Report a Problem» səhifəsindən və ya Google Play-in sifariş tarixçəsindən göndərin. Ehtiyac olsa, sizə kömək edirik — bizə yazın.
6. Əlaqə
«BİLBİLAZ» Məhdud Məsuliyyətli Cəmiyyəti · VÖEN 1407790211
AZ1009, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Şamil Əzizbəyov küçəsi, ev 168, mənzil 19
contact@bilbil.az